"Bavariya"da olduğum üçün xoşbəxtəm" | |
Almaniya Bundesliqasının 10-cu turunda "Bavariya" doğma meydanında "Köln"ü 4:0 hesabı ilə məğlub edib və tarixinin 1000-ci qələbəsini qazanıb. Matçdan sonra "Bavariya"nın baş məşqçisi Pep Qvardiola yubiley qələbəni belə şərh edib: "1000-ci qələbə möhtəşəm oldu. Bu qələbəyə görə hər kəsi - futbolçuları, məşqçiləri, azarkeşləri və klubda çalışanları təbrik edirəm. "Bavariya"nın baş məşqçisi olduğum üçün çox xoşbəxtəm və fəxr edirəm". Qeyd edək ki, "Bavariya" 10 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edir. |
|
Xəbər 634 dəfə oxundu. |
|
|