Şəhriyar 3-cü yerə yüksəldi
Cəbəllütariqdə şahmatçılar arasında beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışda mübarizə aparan qrossmeyster Şəhriyar Məmmədyarov (2747) IX turda ABŞ-ı təmsil edən erməni əsilli Varuzan Akobyanla (2617) qarşılaşıb.

Həmyerlimiz ardıcıl 2 heç-heçənin ardınca bu dəfə qələbə qazanıb. O, 104-cü gedişdə Akobyanı təslim edib.

Bu qələbədən sonra həmyerlimiz 7 xalla 256 şahmatçı arasında 3-cü yerə yüksəlib. Onun X turda rəqibi yarışın vahid lideri, 7,5 xala malik çinli Yifan Hou (2605) olacaq.

Xəbər 964 dəfə oxundu.