Qəbələnin rəqibi Rubinə qalib gəldi
Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib. "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Rubin"lə qarşılaşıb. Matç 2:1 hesabı ilə "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.

Qeyd edək ki, "Krasnodar" hazırda 18 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər 759 dəfə oxundu.