Subaşiçin komandası doğma meydanda qalib gəldi
Serbiya Super Liqasında 15-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Metalak"la qarşılaşıb. Matç Subaşiçin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir sonadək mübarizə aparıb. O, 88-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, "OFK Belqrad" hazırda 15 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər 647 dəfə oxundu.