Emil Balayevsiz Ayntraxt qalib gəldi
Almaniya Bundesliqasında 10-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi səfərdə "Hannover" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 12 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər 732 dəfə oxundu.