Azərbaycan idmançısı uzunluğa tullanmada dünya çempionu adına layiq görülüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək dünya çempionu adına layiq görülüb.

K.Əliyev “Rio de Janeyro-2016” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

AZƏRTAC

Xəbər 748 dəfə oxundu.