“SOCAR-Azərbaycan” klubu Avropa kubokunda gümüş medal qazanıb
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizəyə yekun vurulub.

Son turda ölkəmizin “SOCAR-Azərbaycan” klubu Rusiyanın “Mednıy Vsadnik” kollektivi ilə heç-heçə oynayıb - 3:3.

Digər təmsilçimiz “Odlar Yurdu” Rusiyanın “Naşe naslediye” klubuna uduzub - 2.5:3.5.
Yeddi turdan sonra 13 xal toplayan “Sibir” klubu ilk dəfə Avropa kubokunun qalibi olub. Turnirin ötənilki qalibi “SOCAR-Azərbaycan” 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Gənc şahmatçılardan ibarət “Odlar Yurdu” yarışı 13-cü pillədə başa vurub.
“SOCAR-Azərbaycan”ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla, ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.

Xəbər 665 dəfə oxundu.