“İnter” komandası “Rəvan”ın qapısından iki cavabsız top keçirib
Oktyabrın 24-də futbol üzrə Topaz Premyer Liqasının doqquzuncu turu çərçivəsində növbəti oyun keçirilib.

“İnter Arena”da paytaxtın “İnter” və “Rəvan” komandaları üz-üzə gəlib.

Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda “İnter” komandası rəqib qapısından iki cavabsız top keçirib. “İnter”in heyətində 32-ci dəqiqədə Yuri Fomenko və 48-ci dəqiqədə İlkin Qırtımov fərqləniblər.

Turnirin doqquzuncu turuna oktyabrın 25-də keçiriləcək “Sumqayıt” – “Qarabağ” və “Qəbələ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Xəbər 651 dəfə oxundu.