“Bavariya” Qaret Beyli heyətinə cəlb etmək istəyir
Madridin “Real” klubunun yarımmüdafiəçisi Qaret Beyl karyerasını “Bavariya”da davam etdirə bilər.

Münxen klubunun rəhbərliyi 26 yaşlı uelsli futbolçunu komandaya transfer etməklə Arien Robbenin və Frank Riberinin zədəli olması nəticəsində ön xəttə yaranan boşluğu doldurmaq istəyir. Transferin qiyməti hələ məlum deyil.
Xatırladaq ki, iki il əvvəl Madrid klubu Q.Beylin transferi üçün 91 milyon avro vəsait xərcləmişdi. Bu mövsüm İspaniya çempionatında 5 oyun keçirən yarımmüdafiəçinin aktivində 2 qol və 4 məhsuldar ötürmə var.

Xəbər 617 dəfə oxundu.