Neftçinin 2 futbolçusu əvəzedici heyətə göndərildi
“Neftçi” PFK-nın əsas heyətinin 2 futbolçusu əvəzedici heyətə göndərilib. Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş AZAL - “Neftçi” matçında Samir Məsimov və Məhəmməd Qurbanov peşəkar səviyyələrindən aşağı çıxış etdikləri üçün məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndəriliblər.

Xəbər 658 dəfə oxundu.