Kəpəz Xəzər Lənkərana, İnter Rəvana qarşı
Topaz Premyer Liqasında 9-cu tur həyəcanı davam edir. Ikinci oyun günündə iki görüş baş tutacaq.

Öncə bölgə təmsilçiləri qarşılaşacaq. "Kəpəz" Gəncədə "Xəzər Lənkəran"ı sınağa çəkəcək.

Günün digər görüşündə isə turun növbəti paytaxt derbisi baş tutacaq. “İnter” “Rəvan”ı qəbul edəcək.

Topaz Premyer Liqası
9-cu tur
24 oktyabr (şənbə)

15:00. “Kəpəz” - “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev.
Gəncə şəhər stadionu.

17:00. “İnter” - “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov.
Bakı. “İnter Arena”.

Turun digər oyunları: AZAL - “Neftçi” - 2:1, 25 oktyabr (17:00. “Qəbələ” - “Zirə”, 19:00. “Sumqayıt” - “Qarabağ”).

Bombardirlər:
5 - Riçard Almeyda ("Qarabağ").
4 - Aleksey Qay ("Qəbələ"), Aleksey Antonov ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ").

Xəbər 611 dəfə oxundu.