Azərbaycan idman gimnastikası üzrə dünya çempionatına beş atletlə qatılıb
Oktyabrın 23-də Şotlandiyanın Qlazqo şəhərində idman gimnastikası üzrə 46-cı dünya çempionatı start götürüb.

Azərbaycan yığma komandasının məşqçilər korpusu çempionatda mübarizə aparacaq atletlərin adlarını açıqlayıb. Dünya çempionatında ölkəmizi Oleq Stepko, Petr Paxnyuk, Yuliya İnşina, Mariya Smirnova və Marina Nekrasova təmsil edəcəklər.
Bundan başqa, Rza Əliyev və Səbinə Bəşirova çempionata hakim qismində qatılacaqlar.

Xəbər 708 dəfə oxundu.