“Real”ın Çempionlar Liqasında 18 oyunluq məğlubedilməzlik rekordu
Madridin “Real” komandası son üç ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 18 oyunda məğlubedilməzlik seriyasını uğurla davam etdirir.

“Real” Çempionlar Liqasının qrup mərhələsində sonuncu dəfə düz üç il bundan əvvəl - 2012-ci il oktyabrın 24-də Almaniyada Dortmundun “Borussiya” komandasına uduzub (1:2). Madrid təmsilçisi həmin oyundan sonra keçirdiyi 18 görüşün 14-nü qələbə ilə başa vurub, dördündə isə heç-heçə edib.

“Real” son üç ildə 12 komanda – “Borussiya” (Dordmund), “Mançester Siti”, “Ayaks”, “Qalatasaray”, “Kopenhagen”, “Yuventus”, “Bazel”, “Ludoqorets”, “Liverpul”, “Şaxtyor”, “Malmö” və PSJ ilə qarşılaşıb.

Kral klubundan sonra bu göstəriciyə görə ikinci sırada “Portu” qərarlaşıb (9 oyun).

Xəbər 724 dəfə oxundu.