Almaniyada dopinq qalmaqalı!
Almaniyada növbəti dopinq qalmaqalı baş verib. Almaniya idmanında tanınmış həkim olan Andreas Frankenin 28 idmançıya qan vasitəsilə dopinq bulaşdırdığı məlum olub.

Erfurt şəhərindəki olimpiya mərkəzində idman fiziolologiyası mütəxəssisi olan doktor Frankenin atletlərin xəbəri olmadan bu əməli törətdiyi iddia edilib.

Alman prokuror Hannes Qrunsen, məsələ ilə bağlı bu açıqlamanı verib:
“İttiham olunan, idmançıların qanını aldıqdan sonra ultraviyol şüalanmalarına maruz qoymaqda günahlandırılır. Sonra bu qanları baş verənlərdən xəbərsiz olan idmançılara geri yükləyib. Ancaq bu proses dopinq qaydalarına ziddir”

Hazırda məsələ ilə bağlı araşdırılma aparılır. Araşdırmaya məruz qalanlar arasında xeyli məşhur idmançı var. Beş qat olimpiya çempionu, Alman konkisürən Claudia Peçşteyn, 2000-ci il, Sidney olimpiadasının 800 metrəyə qaçışda qızıl medalçısı Nils Şuman kimi idmançılar da onlar arasındadırlar.

Xəbər 2715 dəfə oxundu.