“SOCAR-Azerbaijan” şahmat komandası Çexiyanın “Novı Bar” klubuna qalib gəlib
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublararası Avropa kuboku turniri davam edir.

Turnirdə “SOCAR-Azerbaijan” komandası növbəti qələbəsini qazanıb. Təmsilçimiz Çexiyanın “Novı Bar” kollektivi ilə görüşdə 3,5:2,5 hesabı ilə üstün olub.
Digər komandamız “Odlar Yurdu” isə Rusiyanın “Mednik Vsadnik” klubuna 1,5:4:5 hesabı ilə məğlub olub.

Hesabında 10 xal olan “SOCAR-Azerbaijan” və “Mednik Vsadnik” komandaları 2-3-cü pilləni bölüşürlər. Digər təmsilçimiz “Odlar Yurdu” isə 8 xalla onuncu pillədə qərarlaşıb.
Əlli komandanın mübarizə apardığı turnirə oktyabrın 24-də yekun vurulacaq.

Xəbər 676 dəfə oxundu.