Çempionlar Liqasında mübarizə aparacaq voleybol klublarımız üçüncü dəfə üz-üzə gəliblər
Yeni mövsümə hazırlıqları davam etdirən Bakının qadınlardan ibarət “Telekom” və “Lokomotiv” voleybol klubları növbəti yoldaşlıq oyunu keçirib.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunan oyunda “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.

Bu görüş komandalar arasında üçüncü yoldaşlıq oyunu olub. İlk qarşılaşma “Telekom”un 4:0 hesablı qələbəsi ilə yekunlaşsa da, ikinci görüşdə isə “Lokomotiv” komandası 3:1 hesabı ilə üstün olub.

Hər iki komandamız Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Lokomotiv” “A” qrupunda “Azərreyl” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya) komandaları ilə qarşılaşacaq. “Telekom” isə “E” qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin rəqibləri Almaniyanın “Drezdner”, Türkiyənin “Fənərbağça” və Polşanın “İmpel Vrotslav” klublarıdır.

Xəbər 668 dəfə oxundu.