​Voleybol üzrə olimpiya çempionu vəfat edib
Voleybol üzrə Olimpiya çempionu adını qazanmış Lyubov Tyurina 73 yaşında vəfat edib. O, SSR-inin qadınlardan ibarət voleybol komandasının heyətində 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı olub.

L.Tyurina SSR-i yığmasının heyətində 1967-ci ildə Avropa, 3 il sonra isə dünya çempionu adını qazanıb. Qadın voleybolçu çıxış etdiyi "Trudovıye Rezervı" və "Dinamo" klubları ilə 4 dəfə ölkə çempionu olub.

Xəbər 586 dəfə oxundu.