Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirilib
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Məşqçilər Komitəsinin üzvləri ilə birgə aşağı yaş qruplarından ibarət yığma komandaların çalışdırıcıları ilə görüş keçirib.

Görüşdə U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar müzakirə olunub. Həmçinin 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı barədə hesabat dinlənilib.

Müzakirəyə çıxarılan məsələlərdən biri də bəzi futbolçuların milli komandaların toplanışlarına fiziki baxımdan hazırlıqsız gəlməsi olub. Bu və digər məsələlərin həlli, həmçinin futbolun inkişafı ilə fikir mübadiləsinin aparılması məqsədilə Robert Prosineçkinin və Məşqçilər Komitəsi üzvlərinin yaxın günlərdə Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə görüşünün keçirilməsi qərara alınıb.

Xəbər 769 dəfə oxundu.