"Monako"nun baş məşqçisi "Qarabağ"la oyunu şərh etdi
"Bizim üçün uğurlu gecə oldu. İlk hissədə yaxşı oynamadıq. Komandada hərəkətlilik yox idi. Lakin fasilədən sonra daha yaxşı oynadıq və qol vurduq".

Bu sözləri "Monako"nun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib.

Jardim komandasının bu görüşdə layiqli qələbə qazandığını bildirib: "Komandam oyundan-oyuna inkişaf edir. "Qarabağ"la oyunda layiqli qələbə qazandıq. Traore fasilədən sonra yaxşı oynadı. Ola bilər ki, mənim onu əvəzləyimi gördü və 5 dəqiqə ərzində meydanda daha aktiv hərəkət etdi. Bunun nəticəsində də qələbə qolunu vurduq".

Qeyd edək ki, öz meydanında "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Monako" turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Xəbər 658 dəfə oxundu.