Kamran Ağayevin kubokda növbəti rəqibi müəyyənləşdi | |
Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka"nın da növbəti rəqibi müəyyənləşib. Belə ki, İzmir klubu növbəti mərhələdə "Tekirdağspor"la qarşılaşacaq. Matç İzmirdəki "Atatürk stadionu"nda, 1-3 dekabr aralığında keçiriləcək. Qeyd edək ki, "Karşıyaka" kubokda mübarizəyə ikinci mərhələdən başlamışdı və ilk cəhdində "Kurtalanspor"a 3:0 hesabıyla qalib gəlmişdi. |
|
Xəbər 711 dəfə oxundu. |
|
|