Futbol üzrə Azərbaycan millisinin hücumçusu əməliyyat olunub
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının və “İnter” klubunun hücumçusu Rauf Əliyev zədəsinin müalicəsi üçün AFFA tərəfindən Almaniyaya göndərilib.

Platlinq şəhərində R.Əliyevin üzərində aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Futbolçumuz bir neçə günlük reabilitasiya kursundan sonra Vətənə qayıdacaq.

Xəbər 664 dəfə oxundu.