“Rəvan”ın U-19 komandası UEFA Gənclər Liqası yarışlarında mübarizəni dayandırıb
Futbol üzrə UEFA Gənclər Liqası yarışlarının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycanı turnirdə təmsil edən “Rəvan” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası Rusiyanın “Spartak” (Moskva) kollektivi ilə qarşılaşıb. Bakıdakı “Dalğa Arena”da keçirilən oyunda hesab açılmayıb. “Rəvan” Moskvada oynanılan ilk matçda rəqibinə 0:4 hesabı ilə uduzduğundan iki oyunun nəticəsinə görə mübarizəni dayandırmalı olub.

Xəbər 746 dəfə oxundu.