“Qəbələ” – “Borussiya” oyunu üçün səkkiz min biletin yeddi mindən çoxu satılıb
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qəbələ” – “Borussiya” (Dortmund) matçına bilet satışı davam edir.

Bu qarşılaşma üçün satışa çıxarılan səkkiz min biletin yeddi mindən çoxu artıq satılıb. Bilet satışı matç başlayanadək davam edəcək.

“Qəbələ” – “Borussiya” oyunu saat 20:00-da “Bakcell Arena”da start götürəcək.

Xəbər 624 dəfə oxundu.