Çinli Ma Lun stolüstü tennis üzrə dünya kubokunun qalibi olub
Dünyanın bir nömrəli stolüstü tennisçisi 27 yaşlı çinli Ma Lun İsveçin Halmstad şəhərində keçirilmiş dünya kubokunun qalibi olub.

O, finalda həmyerlisi Fan Cendunu 4:0 hesabı ilə məğlub edərək bu titulu əldə edib. Yaponiyalı Dzyun Mizutaniyə 4:2 hesabı ilə qalib gələn Dmitri Ovtçarov (Almaniya) isə bürünc medal qazanıb.

Stolüstü tennis üzrə dünya kuboku hər il keçirilir. Dünya kubokunda kişilər və qadınlar şəxsi dərəcədə, habelə kişi və qadın komandaları mübarizə aparırlar.

Xəbər 700 dəfə oxundu.