Azərbaycan Premyer Liqasının oyununa yeni baş hakim təyinat alıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar müəyyənləşib. "Qəbələ" ilə "Zirə" arasında keçiriləcək turun mərkəzi oyunu Elvin Əsgərova həvalə olunub.

Oyunlardan birində - "Sumqayıt" - "Qarabağ" matçında əlavə köməkçi hakimlərin xidmətindən istifadə olunacaq. Bu qarşılaşmada Premyer Liqada ilk dəfə Rəvan Həmzəzadə baş hakim funksiyasını yerinə yetirəcək. O, əvvəlki turlardan 6-da 4-cü hakim olub. Ramil Diniyev isə turun AZAL-la "Neftçi" komandaları arasında keçiriləcək açılış matçına baş hakim, ertəsi gün "Kəpəz" - "Xəzər Lənkəran" qarşılaşmasına ehtiyat hakim kimi təyinat alıb.

23 oktyabr (cümə)

AZAL – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı,“AZAL Arena”, 18:00

24 oktyabr (şənbə)

“Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu, 15:00

“İnter” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”, 17:00

25 oktyabr (bazar)

“Qəbələ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu, 17:00

“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 19:00

Xəbər 666 dəfə oxundu.