Oyun qurtaran kimi stadionda 73 nəfər öldürüldü - FOTO
Misirin Port Said şəhərində "Əl Əhli" və "Əl Masri" komandaları arasında oynanılan futbol matçının sonunda tərəfdarlar arasında münaqişə baş verib.

www.idman.com.az saytı Euronews kanalına istinadən xəbər verir ki, çaxnaşma nəticəsində ən azı 73 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Ölənlər arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

Port Səid şəhəri rəsmiləri, ev sahibi "Əl Masri" futbol komandası tərəfdtarlarının Misirin bir nömrəli komandası olan "Əl Əhli" üzərində 3:1 hesablı qələbəni bayram etmək üçün meydançaya axın etdiklərini açıqlayıb.

Qarşıdurmanın əsl səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, misir telekanalının yaydığı görüntülərdə tərəfdarların "Əl Əhli" futbolçularına hücum etdikləri məlum olur.

Port Saiddə baş verən hadisə paytaxt Qahirədə keçirilən futbol mtçına da sıçrayıb. Qahirə stadionunda oynanılan matçın birinci yarısının bitməsi ilə hakim ikinci hissəni başlatmayıb. Buna görə də azarkeşlər stadionu yandırıblar.

Xəbər 1167 dəfə oxundu.