Kişilər arasında şahmat üzrə Bakı çempionatında iki hakimiyyətlilik yaranıb
Respublika Şahmat Mərkəzində keçirilən kişilər və qadınlar arasında Bakı çempionatı davam edir.

Altıncı turda kişilərin yarışında Elnur Mehdiyev Orxan Nəbili ilə sülh bağlayıb. Fərid Mustafayev isə Mirmusa Feyziyev üzərində qələbə qazanıb. Ramis Bağırov və Telman Feyzullayev də xalları yarı bölüblər.

Beləliklə, altı turdan sonra Elnur Mehdiyev və Fərid Mustafayev hərəyə 5 xal toplayaraq zirvəni bölüşürlər. Orxan Nəbili, Telman Feyzullayev və Elman Qasımov 4,5 xalla 3-5-ci yerləri bölüşürlər. Orxan Nəbili əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Qadınların mübarizəsində isə Aysel Məmmədova 6 oyundan maksimum xal toplayaraq yarışın vahid lideridir. Fatimə Əhmədova 5 xalla ikinci, Sona Hüseynova isə 4,5 xal toplayaraq üçüncü yerdədir.

Kişilərin yarışı İsveçrə sistemi üzrə 9, qadınlar arasında mübarizə isə dairəvi sistem üzrə 7 turdan ibarətdir.

Xəbər 676 dəfə oxundu.