"Kəpəz" "Xəzər Lənkəran" üçün 3 müxtəlif şəhər seçdi | |
Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-də Gəncədə “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını Bakıda davam etdirir. “Sarı-göylər” dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçib. Komanda bu gün Yevlaxa gələrək yerli şəhər stadionunda məşq edəcək. Oktyabrın 23-də Nizami yurdunun təmsilçisinin son məşqi isə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq. Hazırlıq prosesi saat 16:00-da başlayacaq. |
|
Xəbər 681 dəfə oxundu. |
|
|