Zərdabda taekvondo üzrə rayon birinciliyi keçirilib
16-17 oktyabr Zərdab rayonunda 18 oktyabr “Dövlət müstəqilliyi günü” münasibətilə taekvondo üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri Qəsəbə mədəniyyət evinin zalında 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi dövlət müstəqilliyi gününü qeyd etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında Rüfət Məmmədli (27 kq), Samir İsmayılov (30 kq), Fərid Salmanov (37 kq), Sənan Həmidov (45 kq), Nail Bilalzadə (50 kq); qızlar arasında Səmərrux Osmanova (37 kq), Turanə Həsənova 42 (kq), Rəvanə Əliyeva (46 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 886 dəfə oxundu.