Kəpəz Bakıda hazırlaşır
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-də Gəncədə “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını Bakıda davam etdirir. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçir.

Komanda sabah Yevlaxa gələrək yerli şəhər stadionunda məşq edəcək. Oktyabrın 23-də Nizami yurdunun təmsilçisinin son məşqi isə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq. Hazırlıq prosesi saat 16:00-da başlayacaq.

Xəbər 723 dəfə oxundu.