“Qarabağ” klubunun futbolçuları Fransada | |
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Monako” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun futbolçuları artıq Fransadadırlar. Beş saatlıq uçuşdan sonra Monakoya çatan futbolçularımız oradan Nitsaya yollanıblar. Oktyabrın 22-də “Qarabağ” oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq. “Monako” – “Qarabağ” matçı oktyabrın 22-də saat 22:00-da “Lui II” stadionunda start götürəcək. Matçın baş hakimi Yakob Kelet olacaq. Ona Henrik Larsen və Heyne Sorensen yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Lars Hummelqaard yerinə yetirəcək. AZƏRTAC |
|
Xəbər 645 dəfə oxundu. |
|
|