AFFA-nın baş katibi futzalçılarımızın oyunun izləyə bilməyəcək
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futzal yığmasının iştirak etdiyi Avropa çempionatının final mərhələsində iştirak edə bilməyəcək. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. O, Məmmədovun Xorvatiyada keçirilən turnirə gəlməyinin nəzərdə tutulduğunu bildirərək, bugünkü səfərin hava şəraiti ilə əlaqədar baş tutmadığını bildirib.

Belə ki, İstanbuldan Zaqrebə hava reysi bu üzdən təxirə salınıb. Ona görə də Məmmədov Türkiyədən Bakıya qayıtmalı olub.
Maraqlıdır ki, baş katib 2 il öncə Macarıstanda keçirilən final mərhələsində də hava şəraiti ilə əlaqədar Debretsen şəhərinə gələ bilməmişdi.
Qeyd edək ki, Məmmədov Avstriyanın paytaxtı Vyanada UEFA-nın üzvü olan milli assosiasiyaların baş katibləri üçün FİFA tərəfindən təşkil olunmuş 2 günlük seminar iştirak edib.

Xəbər 926 dəfə oxundu.