“Çövkən”Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatı keçiriləcək
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində “Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatına start veriləcək. Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək. 17-22 Dekabr 2014-cü il tarixlərdə Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən Çövkən Çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar. Çempionatın ümumi mükafat fondu 50 000 (əlli min) manat təşkil edir. Yarışların qrafiki belədir:

Xəbər 1055 dəfə oxundu.