"Qəbələ" "Qarabağ"ın stadionunda məşqə çıxdı
Avropa Liqasının qrup mərhələsinin III turunda "Borusiya" Dormundla qarşılaşacaq "Qəbələ" hazırliqlarını davam etdirir.

"Qırmızı-qaralar" bu gün "Qarabağ"ın bazasında məşqə çıxıb. Məşqdə uzun müddətdir zədədən əziyyət çəkən Rafael Santosdan başqa bütün futbolçular iştirak edib.

Qeyd edək ki, "Qəbələ" - "Borusiya" matçı oktyabrın 22-də saat 20:00-da "Baksel Arenada baş tutacaq.

Xəbər 619 dəfə oxundu.