Qarabağ Medvedevlə Kintananı Monakoya aparır
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində qarşılaşacağı Fransa "Monako"su ilə oyun üçün bu gün saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Komanda ilə birgə müdafiəçi Maksim Medvedev və Dani Kintana da səfərə çıxacaq.

Hansı ki, bu iki futbolçu Topaz Premyer Liqasının 8-ci turunda "Zirə"yə qarşı zədə səbəbindən oynaya bilməmişdi. Amma onların Monakodakı görüşə qədər sıraya dönməsi gözlənilir.

Qeyd edək ki, "Qarabağ"ın daha bir zədəli futbolçusu Reynaldo Fransaya getməyəcək. Çünki o, tibbi müayinədən keçmək üçün Almaniyaya yollanıb.

Xəbər 650 dəfə oxundu.