İki Azərbaycan cüdoçusu beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir
Beynəlxalq Cüdo Federasiyasının açıqladığı yeni reytinq cədvəli Azərbaycan millisi üçün uğurlu olub.

Yeni reytinq cədvəlində iki cüdoçumuz – Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) liderliklərini qoruyub və birinci pillədə qərarlaşıblar.

Milli komandamızın digər üzvləri Orxan Səfərov (60 kq) üçüncü pillədə yer alıb, Fransa Qran-pri yarışlarını beşinci pillədə başa vuran Nicat Şıxəlizadə (66 kq) isə 7-ci pilləyə yüksəlib.

Həmçinin cüdoçularımızdan İlqar Müşkiyev (60 kq) 24-cü, dünya çempionu Elxan Məmmədov (100 kq) isə 22-ci pillədə qərarlaşıblar.

Xəbər 781 dəfə oxundu.