“Tottenhem”in keçmiş müdafiəçisi FİFA prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir
“Tottenhem”in keçmiş müdafiəçi Ramon Veqa FİFA-nın prezident seçkilərində iştirak etmək üçün ərizə verə bilər. Seçkilər 2016-cı ilin fevralın 26-na planlaşdırılıb. 44 yaşlı Veqa bildirib ki, onun həm futbolda, həm də maliyyə işlərində kifayət qədər təcrübəsi var. Ramon Veqa futbolçu karyerasını 2004-cü ildə bitirdikdən sonra iqtisadiyyat sahəsində çalışıb.

Qeyd edək ki, seçkilərdə iştirak üçün namizədi təşkilatın beş üzvü dəstəkləməlidir.

FİFA prezidentliyinə öz namizədliyini UEFA-nın başçısı Mişel Platini, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və ÇSKA-nın sabiq məşqçi braziliyalı Ziko irəli sürüb. Bundan əvvəl keçmiş futbolçular Diyeqo Maradonna, David Jinola və Sequn Odeqbami, habelə Liberiyanın Futbol Assosiasiyasının başçısı Musa Biliti, koreyalı məşhur biznesmen, siyasətçi və futbol fəalı Çxon Mon Cun namizədliyini vermək istəklərini bildiriblər.

Xəbər 645 dəfə oxundu.