"Qarabağ" sabah Monakoya yola düşəcək
Avropa Liqasının qrup mərhələsində "Monako"nun qonağı olacaq "Qarabağ" Monakoya yola düşəcək.

Ağdam təmsilçisi Bakı-Nitsa reysi ilə hərəkət edəcək.

Nitsa şəhərindən Monakoya yollanacaq "Qarabağ" ölkəni tərk etməzdən öncə Bakıda son məşqini keçirəcək. Uçuş saat 18:00-a nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 22-də "Stad Lui II" stadionunda keçiriləcək "Monako" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 642 dəfə oxundu.