Çempionlar Liqasında mübarizə aparacaq voleybol klublarımız üz-üzə gəlib
Yeni mövsümə hazırlığı davam etdirən Bakının qadınlardan ibarət “Telekom” və “Lokomotiv” voleybol klubları yoldaşlıq oyunu keçiriblər.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunan oyunda “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.

Hər iki komandamız Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Lokomotiv” “A” qrupunda “Azərreyl” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya) komandaları ilə qarşılaşacaq. “Telekom” isə “E” qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin rəqibləri Almaniyanın “Drezdner”, Türkiyənin “Fənərbaxça” və Polşanın “İmpel Vrotslav” klublarıdır.

Xəbər 635 dəfə oxundu.