Azərbaycan klublarının Avroliqadakı növbəti oyunlarına hakim təyinatları açıqlanıb
Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirəcəyi oyunlar üçün bütün təyinatlar açıqlanıb. "Qəbələ"nin Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə ev oyunu xorvatiyalı, "Qarabağ"ın Fransa "Monako"su ilə səfər qarşılaşması danimarkalı hakimlər briqadasına həvalə olunub.

Avropa Liqası, III tur
22 oktyabr

C qrupu
20:00. "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
Əlavə köməkçi hakimlər: Mario Straxonya, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Filipp Prudon (Fransa)
Bakı, "Bakcell Arena"

J qrupu
22:00. "Monako" (Fransa) - "Qarabağ"
Baş hakim: Yakob Kehlet
Yan xətt hakimləri: Henrik Larsen, Heyne Sörensen
Əlavə köməkçi hakimlər: Mixael Tikqaard, Yens Maae
Dördüncü hakim: Lars Hummelqaard (hamısı Danimarka)
Hakim-inspektor: Gilfi Tor Orrason (İslandiya)
UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)
Monako, "II Lui" stadionu

Xəbər 663 dəfə oxundu.