Karşıyaka Kamran Ağayevi və Azərbaycan xalqını təbrik etdi
Bu gün - 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin "Karşıyaka" klubu rəsmi "facebook" səhifəsi vasitəsilə təbrik mesajı buraxıb:

"Bu gün qardaş Azərbaycanın Müstəqillik günüdür. Qapıçımız Kamran Ağayevi və bütün azərbaycanlı qardaşlarımızı təbrik edirik. Ölkələri sonsuza qədər yaşasın!

"Karşıyaka" İdman klubu idarə heyəti".

Xəbər 693 dəfə oxundu.