Qitələrarası kubokun ilk günündə Roman Bəkirov 2-ci, Aslanbəy Alborov 3-cü oldu
Dağıstanın Xasavyurd şəhərində sərbəst güləş üzrə sayca 7-ci Qitələrarası kuboka start verilib. Milli komandanın məşqçilər heyəti bu yarışda əsasən ehtiyat bahadırlara şans verib.

İlk gündə 1 idmançımız fərqlənib. 97 kq-da Roman Bəkirov finalda yerli Əhməd Batayevə uduzaraq, gümüş medal qazanıb. Aslanbəy Alborov bu çəkidə 3-cü olub.

Xəbər 795 dəfə oxundu.