Eddi İsrafilovsuz Eybardan xal itkisi
İspaniya La Liqasında 8-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Eybar"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. İsrafilovun adı bu matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər 639 dəfə oxundu.