Borussiya ilə oyun öncəsi jurnalistlər və azarkeşlərlə görüş
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Borussiya" (Dortmund, Almaniya) ilə oyun öncəsi "Qəbələ"nin futbolçuları, eləcə də baş məşqçi Roman Qriqorçukla media nümayəndələri və azarkeşlərin görüşü keçiriləcək. Görüş zamanı media nümayəndələri və azarkeşlər arasında maraqlı müsabiqələr keçiriləcək, müxtəlif hədiyyələr sahiblərini tapacaq.

Azarkeşlər sevdikləri futbolçuları imzalı formasını əldə etmək şansı qazanacaq. Tədbir Bakıda, Neftçilər pr. 151 ünvanındakı "Port Baku Mall"ın 3-cü mərtəbəsindəki "Go Sport" İdman Malları Mağazasında baş tutacaq və saat 16:00-da start götürəcək.

Xəbər 629 dəfə oxundu.