Azərbaycan nümayəndəsi şahmat üzrə beynəlxalq turnirdə iştirak edir
Maltanın Qotso adasında şahmat üzrə beynəlxalq dairəvi turnir keçirilir. Turnirdə beş kişi və beş qadın qrossmeyster dairə üzrə çıxış edirlər.

Azərbaycan nümayəndəsi Arkadi Naydiç də bu turnirdə iştirak edir. Rəqiblərin hər partiyasına 90 dəqiqə və üstəlik, hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılır.

Dörd turdan sonra iki xal toplayan Arkadi Naydiç turnir cədvəlində dördüncü yeri tutur. Beşinci turda onun rəqibi Çin şahmatçısı Ventszyun Tszyuy olacaq.

Xəbər 604 dəfə oxundu.