Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. İlk yarış günündə Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib.

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ardıcıl olaraq, israilli Baruç Şmaylov, hollandiyalı Junior Degen və portuqaliyalı Sergiu Oleyniçi yenib. Finala gedən yolda 27 yaşlı idmançının rəqibi monqolustanlı Tumurxuleq Davaadorj olacaq.

73 kq çəkidəki Rüstəm Orucov ukraynalı Sergey Drebot və türkiyəli Hasan Vanlıoğlunu ipponla, almaniyalı İqor Vandtkeni yuko xalı ilə yendikdən sonra yarımfinala çıxıb. Onun növbəti rəqibi çinli Şuay Sun olacaq.

İlk gün ərzində tamamiyə çıxan digər cüdoçulara gəldikdə, İlqar Müşkiyev lüksemburqlu Tom Şmit və belçikalı Senne Vinsi yensə də, 1/8 finalda braziliyalı Erik Takabatakeyə uduzaraq, mübarizəni dayandırıb. 66 kq çəkidə yer alan ikinci təmsilçimiz Tərlan Kərimov isə ilk görüşündə meksikalı Eduardo Araujonu yensə də, 1/8 finalda ukraynalı Georgi Zantarayaya uduzub və turnirlə vidalaşıb.
Nəhayət, yeganə qadın cüdoçumuz Aişə Qurbanlı elə ilk görüşdəcə türkiyəli Ebru Şahinə yenilərək, mübarizəni dayandırıb.

Qeyd edək ki, "Böyük Dəbilqə"ni Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də izləyir.

Xəbər 950 dəfə oxundu.