Müşahidə Şurasının sədri Kəpəzi təbrik etdi
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan “Rəvan” – “Kəpəz” oyununu (0:2) izləyənlər arasında qonaq klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev də olub. Komandanın Bakıda keçirilən bütün oyunlarında tribunada yer alan Vəliyev “Bayıl Arena”da da “sarı-göylər”i dəstəksiz qoymayıb.

Matçdan sonra futbolçuların soyunub geyinmə-otağına baş çəkən Müşahidə Şurasının sədri komandanın layiq olduğu qələbəni qazandığını deyərək, futbolçuları və məşqçilər korpusunu təbrik edib. O, havanın soyuq və yağışlı olmasına baxmayaraq 90 dəqiqə ərzində dayanmadan “Kəpəz”i dəstəkləyən azarkeşlərə də minnətdarlıq edib.

Görüşün sonunda Elmir Vəliyev qarşıdakı oyunlarda da kluba uğurlar arzulayıb.

Xəbər 705 dəfə oxundu.