Messi Argentina yığmasının növbəti oyunlarını buraxmalı olacaq
Dizindən aldığı zədədən sonra müalicə alan "Barselona" klubu və Argentina yığmasının hücumçusu Lionel Messi sağlamlığını riskə atmamaq üçün noyabr ayında Braziliya və Kolumbiyaya qarşı baş tutacaq milli komandanın matçlarında iştirak etməyəcək. Messi sentyabrın sonlarında İspaniya çempionatında "Las Palmas"la matçda zədələnib və 6-8 həftə oyunlarda iştirak etməyəcək.

"Sport.es" nəşrinin məlumatına görə, Messi aldığı zədənin residivi ola biləcəyi riskini nəzərə alaraq, milli komandaya qatılmamaq qərarına gəlib. Argentina Futbol Federasiyası oyunçunun bu qərarı ilə razılaşıb.

2018-ci il dünya çempionatının seçmə oyunları çərçivəsində Argentina yığması noyabrın 13-də Braziliya komandasını qəbul edəcək, noyabrın 17-də isə Kolumbiya yığması ilə səfər oyunu keçirəcək.

Xəbər 768 dəfə oxundu.