“SOCAR” və “ODLAR YURDU” şahmat klubları Avropa Klubları Kuboku turnirinə yola düşüb
Azərbaycanın şahmat üzrə iki komandası – “SOCAR” və “ODLAR YURDU” oktyabrın 17-də Makedoniyanın paytaxtı Skopyedə start götürəcək Avropa Klubları Kubokunun turnirində iştirak edəcək.

Açıq yarışda 48 klub iştirak edəcək.

Turnirin reytinq-favoriti Azərbaycanın “SOCAR” (2771) klubudur. Onun tərkibinə qrossmeysterlər Veselin Topalov (2813), Aniş Qiri (2798), Fabiano Karuana (2796), Maykl Adams (2742), Şəhriyar Məmmədyarov (2736), Teymur Rəcəbov (2738), Rauf Məmmədov (2657) və Eltac Səfərli (2657) daxildirlər.

Azərbaycanın ikinci təmsilçisi 2590 reytinq göstəricisi ilə reytinq cədvəlində 9-cu yeri tutan “ODLAR YURDU” klubudur. Onun tərkibinə Emil Sutovski (2635), Vasif Durarbəyli (2618), Qədir Hüseynov (2634), Nicat Məmmədov (2590), Ülvi Bacarani (2546), Nicat Abasov (2517), Vüqar Rəsulov (2505) və Zaur Məmmədov (2458) daxildirlər.

Qadınların turnirində 12 klub iştirak edir. Ölkəmiz bu yarışlarda təmsil olunmur.

Hər iki Kubok İsveçrə sistemi üzrə 7 turda keçiriləcək.

Avropa Klubları kuboku oktyabrın 24-də başa çatacaq.

Xəbər 579 dəfə oxundu.