Çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilir
Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilir.

Əvvəlcə milli geyimli qızlar və oğlanlar at belində meydana daxil olub, nümunəvi çıxışlar ediblər.

Mərasimdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki atlarla bağlı mövzudan bədii hissə təqdim olunub.

Sonra Qarabağ atları haqqında ətraflı məlumat verilib və videoçarx nümayiş etdirilib.

Milli geyimli çaparlar Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətiriblər.

Xəbər 1115 dəfə oxundu.